Ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planları təsdiq edilib. Bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planları və tədris planlarına dair qeydlər (1-29 nömrəli əlavələr) təsdiq edilib. Əmrin icrası nazir müavini Firudin Qurbanova həvalə olunub.
Demokrat.az


