Sosial

Həbsdə olan sabiq icra başçısı vəfat etdi

Həbsdə olan sabiq icra başçısı vəfat etdi

Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev təcridxanada vəfat edib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, N.Quliyev dünən dünyasını dəyişib.

Sabiq icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.

Məlumat üçün bildirək ki, Nizaməddin Quliyev Goranboy daha sonra isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olub.

Fəaliyyətində verdiyi nöqsanlara görə bir müddət idi həbs edilmişdi.

Demokrat.az

D
demokrat.az