Azərbaycanla sərhəddə erməni kəndlərinin vəziyyətinin acınacaqlı olması ilə bağlı daha bir narazılıq yayılıb. Axar.az xəbər verir ki, Zod yatağının yerləşdiyi Şişqaya kəndinin (ermənilər “Geqamasar” adına dəyişdirib – red.) başçısı Akop Avetyan erməni mediasına açıqlamasında hakimiyyətin sanki sərhəd kəndlərin əhalisi unutduğunu bildirib. Kənd sakini deyib ki, kəndləri Basarkeçər bələdiyyəsinə birləşdirmək istəyirlər: “Bizim bələdiyyədə 18 kənd birləşib. Ancaq indi deyirlər ki, bu, azdır və bizi Basarkeçər (Vardanes) şəhər bələdiyyəsinə birləşdirmək istəyirlər”. O iddia edib ki, bələdiyyəyə diqqət və qayğı yoxdur, kəndlilər taleyin öhdəsinə buraxılıb. Kəndlilər də buna görə köçüb gedəcəklər.
Azərbaycanla sərhəddən 18 erməni kəndi köçür
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


