Bakının Nizamı rayonunda baş verən partlayış zamanı xəsarət alan ana və övladının vəziyyəti açıqlanıb.
5 saylı Kliniki Xəstəxanasından (Nərimanov Tibb Mərkəzi) “Report”un sorğusuna cavab olaraq şəhər bildirilib ki, ana və övladının bədəninin 60 faizi yanıb:
"“Partlama nəticəsində ana - Məmmədzadə Samirə Həsən qızı və övladı 2-ci dərəcəli yanıq diaqnozu (60 %) ilə xəstəxanaya yerləşdirilib. Mümkün bütün tədbirlər həyata keçirilir”.
16:12 Bakıda partlayış hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə Nizami rayonu E.Süleymanov küçəsində qeydə alınıb.
Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərin birində qaz balonu partlayıb. Nəticədə ana və övladı xəsarət alıb.
İlkin məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Nizami Rayon Prokurorluğundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Nizami rayonu ərazisində çoxmərtəbəli binada baş verən partlayış nəticəsində iki nəfər şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hazırda araşdırma aparılır.


