Qarabağ

Şuşanın baş planı 25 minlik əhali üçün nəzərdə tutulub — VİDEO

Şuşanın baş planı 25 minlik əhali üçün nəzərdə tutulub — VİDEO

Şuşa şəhərinin baş planında hesabat dövrü üçün 2040-cı ilə qədər 25 min nəfər sakinin yerləşməsi nəzərdə tutulur. Bütün kommunikasiyalar və infrastruktur obyektləri də 25 min əhali üçün hesablanıb.

Demokrat.az xəbər verir ki, bu sözləri MediaTürk TV-yə açıqlamasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov deyib. Komitə rəsmisi qeyd edib ki, baş planın hazırlanması zamanı Şuşa şəhərinin turizim potensialı da nəzərə alınıb: "Baş planda qədim şəhərimizi bizə bəxş edən qəhrəmanlarımız da unudulmayıb. Şuşada yaradılacaq memorial kompleksdə şəhidlərin xatirəsi əbədiləşdiriləcək".

Demokrat.az
D
demokrat.az