Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesinin vaxtı müəyyənləşib.
Demokrat.az-ın xəbərinə görə, məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə 30 avqust saat 11:30-da baş tutacaq.
Xatırladaq ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura İdarəsi zərərçəkmiş qismində tanınıb.
Fariz Məlikli Demokrat.az


