Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.
Demokrat.az-ın məlumatına görə, qadın cüdoçumuz Dürsədəf Kərimova 70 kq-dan yuxarı çəki dərəcəsində çempion olub. O, finalda qazaxıstanlı rəqibi Zarina Baybatinanı ipponla məğlub edib.
Bununla da, Azərbaycan Paralimpiya Oyunlarında 9-cu qızıl medalı olub.


