Azərbaycanın para-atleti Elvin Astanov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Demokrat.az-ın məlumatına görə, idmançımız nüvə itələmə növündə bu nəticəyə nail olub..
O, 8,77 metrlik nəticəsi ilə paralimpiyadada rekord qırıb.
Qeyd edək ki, Azərbaycan komandası daha əvvəl 7 qızıl və 2 bürünc medal əldə edib.


