Gündəm

Türkiyəli deputat: “İlham Əliyevin Azərbaycana qazandırdığı qələbə gələcək nəsillərə örnək olacaq”

Türkiyəli deputat: “İlham Əliyevin Azərbaycana qazandırdığı qələbə gələcək nəsillərə örnək olacaq”

“Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Azərbaycan və Türkiyə bütün məsələlərdə ortaq hərəkət edir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Şamil Ayrım bildirib ki, Azərbaycan 30 il əvvəlki zəif dövlət deyil:

“Azərbaycan Ordusunun Qarabağdakı tarixi qələbəsini bütün dünya gördü. Nuru Paşanın, Rəsulzadənin, Heydər Əliyevin istəklərini reallaşdıran qəhrəman türk övladları Şuşada tarix yazdılar. Azərbaycanın qəhrəman oğulları Şuşanı bir neçə saata azad etdilər, oradakı düşmənləri darmadağın etdilər. İnanıram ki, Ali Baş Komandan İlham Əliyevin Azərbaycana qazandırdığı tarixi qələbə gələcək nəsillərə örnək olacaq”.

Zaur Hacılı Demokrat.az

D
demokrat.az