Hadisə

İstirahətə gedən yeniyetmə dənizdə batdı

İstirahətə gedən yeniyetmə dənizdə batdı

Dünən axşam saatlarında Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) bir nəfər dənizdə batıb

Demokrat.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Mahir Ramin oğlu Paşayevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumat üçün bildirək ki, ötən gün Biləsuvar rayon Əsgərabad kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Ramin oğlu Paşayev yaxınları ilə birlikdə Lənkərana istirahətə gəlib. Hadisə baş verən zaman onun yanında bir neçə yeniyetmə də olub.

Dəniz sahilində olan sakinlər köməksiz qalan 4 nəfər yeniyetməni xilas ediblər. M.Paşayev isə batıb.(report.az)

D
demokrat.az