İdman

Yeniyetmə taekvondoçularımız Avropa birinciliyində daha 3 medal qazandı — FOTO

Yeniyetmə taekvondoçularımız Avropa birinciliyində daha 3 medal qazandı — FOTO

Estoniyanın Tallinn şəhərində keçirilən taekvondo ürə Avropa birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımızdan daha üç nəfər gümüş medal qazanıb.

Demokrat.az xəbər verir ki, yeniyetmələrdən ibarət milli komandanın üzvlərindən Vasif Səlimov (- 45 kq), İslam Əhmədzadə (-53 kq) və Nərgiz Kazımova (-47 kq) ikinci yeri tutub.

Bundan əvvəl yeniyetmə taekvondoçularımızdan Məhəmməd Həsənli (-37 kq) qızıl, Hüseyn Xudiyev (-65 kq) gümüş, İlyas Hətəmli (-33 kq) və Zəhra İsayeva (-29 kq) bürünc medallar əldə ediblər.

Vaqif Demokrat.az

D
demokrat.az