Sosial

Azərbaycanın ombudsmanını görən olmayıb? — Azər Həsrət

Azərbaycanın ombudsmanını görən olmayıb? — Azər Həsrət

Deməli, haranı açıram, qarşıma Ermənistanın ombudsmanının açıqlamaları çıxır. Çox həyasız adamdır özü də.

Təsəvvür edirsiniz, Azərbaycan öz ərazisində nəsə iş görür, bu heyvərə durub ölkəmizi ittiham edir. İndi də bu Gorus-Qafan yolu məsələsilə bağlı həyasızcasına bəyanatlar verir ki, Azərbaycan “ermənilərin sərbəst hərəkət etmə hüququnu pozur”. Torpaq bizim, yol bizim, bunlara keçid vermişik, onlar da bizim əsgərimizə hücum ediblər, üstəlik də lənət yuvası İrandan şübhəli yükləri o yolla daşıyıb Qarabağa aparırlar. Amma biz bir balaca qanunauyğun davranan kimi ittiham olunuruq.

Nə isə, sözüm heç bunda deyil. Sadəcə bilmək istərdim ki, niyə Ermənistan ombudsmanının açıqlamaları zorla gözümə soxulmaqdaykən Azərbaycan ombudsmanından xəbər yoxdur? Bu təsadüfi adamları niyə vəzifəyə təyin edirik ki, belə böhranlı vəziyyətlərdə də çaşıb qalırlar? Axı Prezident bu xanıma etimad göstərib, iş tapşırıb. Niyə işləmir? Nə işlə məşğuldur bu qadın? Buyursun, Ermənistan ombudsmanının cavabını versin də...

Azər Həsrət

D
demokrat.az