"Bir az öncə Ermənistanın və özümüzün sosial şəbəkələrində ermənilər tərəfində ordumuzun əsgərinin əsir götrülməsi ilə bağlı videosüjet paylaşılıb. Qeyd ediilir ki, Azərbaycan əsgəri Ağdərə ərazisində sərhədi pozub və ona görə də əsir götürüblər. Fikrimcə, öncə yayılan videosüjeti dəqiqləşdirmək lazımdır. Daha sonra isə məsələyə adekvat addımlar atılmalıdır". Bu fikirləri Demokrat.az-aaçıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov bildirib. Siyasi şərhçi Ermənistan tərəfinin həddini aşdığını qeyd edib:
"Birincisi, Qarabağda sərhəd yoxdur və bütün Qarabağ Azərbaycanın suveren ərazisidir. İkincisi, 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin şərtlərinə uyğun olaraq, erməni terrorçuları Qarabağ ərazisindən çıxarılmalıdır, amma bu şərt hələ də rus "sülhməramlıları" tərəfindən hələ də təmin edilməyib.Üçüncüsü, Ermənistan tərəfi yavaş-yavaş müharibədən əvvəlki şəraiti təmin etməyə, daha dəqiq desək, tərəflər arasında gərginliyin daha da artırılmasına çalışır və Rusiya tərəfi isə bunu susqunluqla qarşılayır. Dördüncüsü, ermənilər sözügedən hadisəni törədibsə, Azərbaycan tərəfi mütləq bu hadisəyə adekvat addım atmalıdır. Hesab edirəm ki, Ermənistanın bu dərəcədə azğınlaşmasının arxasında duranlar regionda sülhün və əmin-amanlığın olmasının tərəfdarı olmayan qüvvələrdir" - deyə S.Hümbətov xüsusi vurğulayıb.
Aygül Qarayeva Demokrat.az


