Hadisə

TƏBİB-dən koronavirusa görə bağlanan xəstəxanalarla əlaqədar AÇIQLAMA

TƏBİB-dən koronavirusa görə bağlanan xəstəxanalarla əlaqədar AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) 6 şöbəsi koronavirusla mübarizə səbəbilə bağlanıb. Mərkəz avqustun 19-dan etibarən COVID-19 xəstəxanası kimi fəaliyyət göstərir. Hazırda mərkəz toksikoloji xəstələr və yaralanmalar, travmalarla bağlı təxirəsalınmaz əməliyyatlar istisna olmaqla, yalnız koronavirus xəstələrini qəbul etməkdədir.Ölkədəki sanitar-epidemioloji vəziyyətin gərginləşməsi, yoluxma və ölüm hallarının sayının artması bu addımı vacib edir.

Bəs ümumilikdə neçə xəstəxana COVID-19-la mübarizə üçün bağlanıb?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, artıq ölkədə 21 xəstəxana koronavirusla mübarizə məqsədilə fəaliyyət göstərir:

“Bakı şəhərində 13, regionlarda 8 xəstəxana COVID-19-la mübarizə tədbirləri çərçivəsində fəaliyyət göstərir. Vəziyyətdən asılı olaraq ehtiyac yaranacağı halda, bu say 40-a qədər yüksələ bilər”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az