İdman

Ronaldo Azərbaycan millisi ilə oyundan əvvəl problemlə üzləşdi — VİDEO

Ronaldo Azərbaycan millisi ilə oyundan əvvəl problemlə üzləşdi — VİDEO

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldo komandanın məşqini yarımçıq tərk edib.

Demokrat.az xəbər verir ki, 35 yaşlı hücumçu sol qolundan xəsarət aldığı üçün hazırlıq prosesini sona çatdıra bilməyib.

Portuqaliyalı oyunçu klub həkimlərinin müşayiəti ilə məşq sahəsindən ayrılıb. Turin təmsilçisi futbolçunun durumu ilə bağlı açıqlama verməyib.

Ronaldonun sentyabrda DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda İrlandiya və Azərbaycanla matçda iştirakı sual altına düşüb. Portuqaliya millisinin heyəti avqustun 26-da açıqlanacaq.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.(report.az)

D
demokrat.az