Sosial

Övladı məktəbə gedəcək valideynlərin nəzərinə — QİYMƏTLƏR

Övladı məktəbə gedəcək valideynlərin nəzərinə — QİYMƏTLƏR

Növbəti tədris ilinin başlamağına az bir müddət qalıb və valideynləri düşündürən əsas məsələlərdən biri məktəb ləvazimatlarının qiymətləridir.

Demokrat.az xəbər verir ki, bir uşağa forma, çanta və ləvazimatların alınması üçün minimum 90-95 manat vəsait lazımdır.

Məktəb ləvazimatlarının qiyməti belədir:

Çantalar: 18-45 manat Dəftər: 12 qəpik - 1 manat Dəftər-kitab üzlükləri: 20 qəpik Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər Sadə karandaşlar: 10-30 qəpik Rəngli karandaşlar: 90 qəpik - 8 manat Pozan: 10-50 qəpik Qələmyonan: 15 qəpik - 1 manat 20 qəpik Xətkeş: 10-40 qəpik Plastilin: 1-3 manat Pərgar dəsti: 1 - 3,6 manat Quaş: 1-4 manat Fırça: 30-50 qəpik Məktəbli forması: 40 və 46 manat

Qeyd edək ki, müxtəlif siniflər üzrə ləvazimatlarla bağlı tələblər arta bilər.(trend.az)

D
demokrat.az