Bu gün koronavirusdan vəfat edən AzTV-nin “Ədəbi-dram və folklor verilişləri” Baş redaksiyasının rejissoru Arzu Mövludun (Məmmədova) həyat yoldaşı da dünyasını dəyişib.
Demokrat.az-ın məlumatına görə, bu barədə adı çəkilən redaksiyanın baş redaktor müavini Azər Qismət bildirib. Onun sözlərinə görə, həkimlər Arzu Mövludun komada olan ərini də xilas edə bilməyiblər. Allah rəhmət eləsin!
Demokrat.az


