Hadisə

Salyanda yaşayış evində yanğın başlayıb

Salyanda yaşayış evində yanğın başlayıb

Salyan şəhərində fərdi yaşayış evində yanğın başlayıb.

“Report”un Aran bürosunun məlumatına görə, yanğın şəhərin Sabir Salahov küçəsində, Oqtay Abıyevə məxsus evdə qeydə alınıb.

Hadisə yerinə Salyan rayon Dövlət yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər aparılır.

D
demokrat.az