Ermənistanda üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinən hərbçi saxlanılıb. Demokrat.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Qeyd olunur ki, cümə axşamı yerli vaxtla 01:30-da hərbi hissələrdən birinin müdafiə bölgəsinin döyüş postunda güllələnmiş üç əsgərin meyiti tapılıb. Axşam saat 17:40 radələrində isə onlarla çiyin-çiyinə qulluq edən hərbçi saxlanılıb. O, qəsdən adam öldürməkdə ittiham olunur.
Ermənistanın İstintaq Komitəsi cinayət işi açıb.Cinayət işinin ibtidai istintaqı davam edir.


