Dünya

Taliban efirə qadın çıxardı... — DÜNYA ŞOKDA

Taliban efirə qadın çıxardı... — DÜNYA ŞOKDA

Taliban Hərəkatı Əfqanıstanda bütün sahələrdə nəzarəti götürməyə davam edir.

Demokrat.az xəbər verir ki, Talibanın media üzrə təmsilçilərindən olan Mevləvi Abdulhak Hamid yerli ToloNews telekanalının qonağı olub. Taliban təmsilçisi televiziyanın qadın aparıcısının suallarını cavablandırıb. Taliban təmsilçisinin bir qadınla efirə çıxması dünya mediasında şok effekti yaradıb.

Adətən, Taliban qadınların ictimai həyatdakı iştiraklarının qarşısını alırlar.

Hərəkatın başqa bir təmsilçisi Enamullah Samanqani isə "qadınların qurban olmasını istəmədiklərini və idarəetmədə iştiraklarını istədiklərini" söylədi.

Demokrat.az

D
demokrat.az