İdman

Türkiyə klubu Namik Ələskərovun transferini açıqladı

Türkiyə klubu Namik Ələskərovun transferini açıqladı

Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun keçidini açıqlayıb.

Demokrat.az xəbər verir ki, Bursa təmsilçisi bununla bağlı rəsmi tvitter səhifəsində video paylaşıb.

"Neftçi"dən ayrılan 26 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edir. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.

Demokrat.az

D
demokrat.az