Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun son iki oyunu üçün hakim təyinatları açıqlanıb.
Demokrat.az xəbər verir ki, "Zirə" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" görüşləri FIFA referilərinə həvalə olunub.
Zirə İdman Kompleksinin stadionunda oynanılacaq matçı Rauf Cabbarov, “Bakcell Arena”dakı qarşılaşmanı isə Elçin Məsiyev idarə edəcək.
15 avqust (bazar)
18:00. “Zirə” – “Qarabağ” Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rauf Allahverdiyev Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: İlham Əliyev Zirə İdman Kompleksinin stadionu.
20:00. “Neftçi” –“ Qəbələ” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Əliyar Ağayev Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Seymur Səlimli “Bakcell Arena”.(report.az)


