Çimərlik ərazilərindəki dəniz suyunun keyfiyyətinin yoxlanılması məqsədilə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib. Bu barədə Demokrat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İdarənin rəisi Nazim Mahmudov bildirib ki, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji və fiziki-kimyəvi təhlillər aparılıb. Aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir: “Şıx, Türkan, Hövsan, Pirşağı, Corat çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri isə bakterioloji cəhətdən çirkli müəyyən edilib”.
Bu çimərliklərin suyu çirklidir — SİYAHI
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


