Hadisə

Bakıdakı yanğında bir nəfər tüstüdən zəhərləndi

Bakıdakı yanğında bir nəfər tüstüdən zəhərləndi

Bakıda yanğın hadisəsi olub.

Bu barədə "Demokrat.az" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Xəzər rayonunda ümumi sahəsi 200 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisində olan 6 ədəd dəzgah yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az