İdman

Tokio-2020: ABŞ olimpiadanın qalib oldu

Tokio-2020: ABŞ olimpiadanın qalib oldu

Tokio-2020 Yay Olimpiya Oyunlarında yarışlar başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, olimpiadanın qalibi ABŞ yığması olub. Birləşmiş Ştatların komandası 39 qızıl, 41 gümüş və 33 bürünc medalla zirvədə qərarlaşıb. İkinci yeri 88 medalla Çin Xalq Respublikası tutub (38 qızıl, 32 gümüş, 18 bürünc). İlk üçlüyü meydan sahibləri Yaponiya tamamlayıb. "Gündoğan" ölkə təmsilçilərindən 27 idmançı olimpiya çempionu olub. On dörd atlet yalnız finalda uduzaraq gümüş, 17 nəfər bürünc medalla kifayətlənib. Sonrakı yerləri Böyük Britaniya, ROK (Rusiya Olimpiya Komitəsi), Avstraliya, Niderland, Fransa, Almaniya, İtaliya tutub.

Qeyd edək ki, Azərbaycan yığması bu olimpiadanı 7 medalla tərk edir. Millimiz 3 gümüş və 4 bürünc mükafatla 67-ci yerə sahib çıxıb.

Zaur Demokrat.az

D
demokrat.az