Hadisə

Paytaxtda maşın yolu keçən piyadanı vurdu

Paytaxtda maşın yolu keçən piyadanı vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Demokrat.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Əhmədli qəsəbəsində yolu keçən 1984-cü il təvəllüdlü Əliyev Aydın Adil oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az