Sosial

Nazirlik: “Azərbaycanda koronavirusdan ölüm faizində artım müşahidə edilmir”

Nazirlik: “Azərbaycanda koronavirusdan ölüm faizində artım müşahidə edilmir”

“Azərbaycanda koronavirusa yoluxan ağır xəstələrin sayında, həmçinin ölüm faizində artım müşahidə edilmir”.

Bunu Demokrat.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin rəhbəri Pərviz Abubəkirov bildirib.

Nazirlik rəsmisi bunu ölkədə vaksinasiya prosesinin aktiv fazada davam etdirilməsi ilə əlaqələndirib: “Vaksinasiyanın tətbiq edilmədiyi günlərdə yoluxma və ölüm sayı ilə hazırki vəziyyətin müqayisəli təhlili göstərir ki, hazırda ölüm göstəricisi olduqca aşağıdır”.

Demokrat.az

D
demokrat.az