Hadisə

Bakının mərkəzində ağaclıq ərazi yandı — YENİLƏNİB

Bakının mərkəzində ağaclıq ərazi yandı — YENİLƏNİB

Bakının Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə baş verən yanğın söndürülüb.

Demokrat.az xəbər verir ki, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.(report.az)

***12:45

Bakıda ağaclıq ərazidə yanğın başlayıb.

Demokrat.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Mehdi Hüseyn küçəsində qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

D
demokrat.az