“Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov Döyüş Sambosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.
Demokrat.az xəbər verir ki, bu barədə Sambo Federasiyasının rəhbərliyi qərar qəbul edib.
Qeyd edək ki, B.Abbasov bir çox beynəlxalq turnirlərdə və yarışlarda Azərbaycanı təmsil edərək uğurlar əldə edib. O, eyni zamanda Döyüş Sambosu üzrə Dünya və Avropa çempionatlarının mükafatçısıdır.(qafqazinfo.az)


