Region

Ermənistanda koronavirusa yoluxanların sayı 231 625-ə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 231 625-ə çatdı

Ermənistanda daha 303 nəfər COVID-19-a yoluxub.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 231 625-ə çatıb. Son sutkada koronavirusdan 4 nəfər ölüb.

Bununla da koronavirusdan ölənlərin sayı 4 636-ya yüksəlib.

Koronavirusa yoluxan 220 825 nəfər sağalıb. Hazırda 5 040 pasiyent müalicə olunur.(report.az)

D
demokrat.az