Hadisə

Vüqar Səfərli həbsdən yaxa qurtara bilmədi — Hakim qərar açıqladı

Vüqar Səfərli həbsdən yaxa qurtara bilmədi — Hakim qərar açıqladı

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər.

Prosesdə iştirak edən vəkillər müdafiə etdikləri şəxslərin barəsində olan cinayət işinə xitam verilməsini istəyiblər.

Həmçinin Vüqar Səfərli və Nadir Məmmədovun barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı qəti imkan növü ilə əvəz olunması barədə vəsatətlər də verilib.

Təqsirləndirilən şəxslərin vəkilləri və prokuror çıxış etdikdən sonra hakimlər hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirəyə yollanıb.

Müşavirədən qayıdan hakimlər bütün vəsatətlərin təmin olunmaması barədə qərar açıqlayıblar.

Növbəti iclası avqustun 20-nə təyin olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az