İdman

Karateçimiz mübarizəni dayandırdı

Karateçimiz mübarizəni dayandırdı

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışları başlayıb.

Yaponiya paytaxtına üç idmançı ilə yollanan Azərbaycan karate yığması da mübarizəyə qoşulub.

67 kq çəki dərəcəsindəki təmsilçimiz Firdovsi Fərzəliyev A qrupunda yarışa start verib. O, ilk görüşdə Eray Şamdana (Türkiyə) 1:7 hesabı ilə uduzub. Karateçimiz ikinci qarşılaşmada Naoto Saqoya (Yaponiya) qalib gəlib – 1:0. Üçüncü görüşdə Firdovsi Darxan Assadılova (Qazaxıstan) 2:6 hesabı ilə uduzub.

Qrupda ilk iki yerdən birinin sahibi kimi yarımfinala çıxmağı hədəfləyən idmançımız daha 1 görüşə çıxıb. Fərzəliyev Əli Əlsavi (Misir) ilə üz-üzə gəlib. Görüş 0:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Qeyd edək ki, karate millimizi Tokioda Rafael Ağayevlə (75 kq) İrina Zaretska (+61 kq) da təmsil edəcək.(football-plus.az)

Demokrat.az

D
demokrat.az