İdman

Deputat olimpiya çempionu oldu

Deputat olimpiya çempionu oldu

Ukraynalı yunan-Roma güləşçisi Jan Belenyuk bu gün Tokio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Demokrat.azxəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada macarıstanlı Viktor Lorintsi 3:1 hesabı ilə məlub edərək, olimpiya çempionu tituluna yiyələnib. Bu, Ukraynanın Tokio-2020-də ilk qızıl medalı olub.

Qeyd edək ki, Jan Belenyuk Ukrayna Ali Radasının deputatıdır.

D
demokrat.az