İdman

Avropa Liqası: "Neftçi" Bakıda heç-heçə oynadı — YENİLƏNİB

Avropa Liqası: Neftçi Bakıda heç-heçə oynadı — YENİLƏNİB

Bu gün Avropa Liqasındakı yeganə təmsilçimiz "Neftçi" turnirin 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.

Demokrat.azxəbər verir ki, təmsilçimiz Bakıda Finlandiya HİK klubu ilə üz-üzə gəlib. Görüş 2-2 hesabı ilə yekunlaşıb. Komandalar arasında cavab görüşü avqustun 12-si Helsinkidə oynanılacaq.

Qeyd edək ki, cütün qalibi pley-off mərhələsində "Fənərbaxça" (Türkiyə) ilə qarşılaşacaq.

Avropa Liqası III təsnifat mərhələsi

3 avqust

21:00. "Neftçi" (Azərbaycan) - HİK (Finlandiya) - 2:2 Qollar: Buqrin, 59 (1:0), Riski, 61 (1:1), Jair, 65 (1:2), Emin Mahmudov, 80 (2:2) Hakimlər: Uilyam Kollam, Devid Makgiçi, Şon Karr, Yuan Anderson Bakı, "Bakcell Arena"

Demokrat.az

D
demokrat.az