Hadisə

Bakıda kişi "Maşın bazarı"nda özünü qumbara ilə partlatdı — 3 polis xəsarət aldı

Bakıda kişi Maşın bazarında özünü qumbara ilə partlatdı — 3 polis xəsarət aldı

Azərbaycanda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Səbail rayonu, “Maşın bazarı” adlanan ərazidə axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Hadisə zamanı onu zərərsizləşdirmək istəyən 3 polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az