Gündəm

Vahid Əhmədov Quba şəhərində seçiciləri ilə görüşdü — FOTOLAR

Vahid Əhmədov Quba şəhərində seçiciləri ilə görüşdü — FOTOLAR

Millət vəkili Vahid Əhmədov Quba şəhərində yerləşən ofisində karantin qaydalarına əməl edilməklə seçiciləri ilə görüşərək, onları qəbul edib. Qəbul ərəfəsi baş tutmuş görüşdə seçicilərə Milli Məclisdə görülən işlər barəsində məlumatlar verilib, onların çoxsaylı sualları cavablandırılıb. Sonradan qəbul üçün qeydiyyatdan keçmiş 97 nəfər deputat tərəfindən təkbətək qəbul edilib. Qəbulda qonşu rayonların- Xaçmaz və Xudat şəhərlərinin sakinləri də iştirak edib. Qəbul zamanı əhalini maraqlandıran və narahat edən bir çox məsələlər - alınmış torpaqların qeydiyyat sənədlərinin verilməsindəki problemlər, sosial müavinətlər üçün elektron qaydadada edilmiş müraciətlərə qeyri-dəqiq savabların verilməsi, əlilliklə bağlı ləğv edilmiş pensiyaların nəticəsində yaranmış suallar, şəhərdə çoxluq təşkil edən köhnə evlərin təmiri, işsizlik, yerlərdə suvarma və içməli suya olan tələbatların ödənilməməsi, müharibə veteranı statusunun alınmasındakı qeyri-müəyyənliklər, səhiyyə sistemindəki nöqsanlar, kəndlərdə internetin olmaması və s. olub. Bir çox məsələlər deputatın müdaxiləsindən sonra yerindəcə öz həllini tapıb, həlli araşdırma tələb edən məsələlər nəzarətə götürülüb. Qəbuldan sonra seçicilər tərəfindən qaldırılan məsələlər Quba rayon İcra Hakimiyətinin rəhbərliyinin diqqətinə çatdırılıb. Qəbul Qurban bayramına təsadüf etdiyindən Quba rayonundan olan 69 şəhid və qazi ailəsinə deputat tərəfindən ərzaq bağlamaları göndərilib. Növbəti qəbul sentyabr ayına planlaşdırılıb.

Demokrat.az

D
demokrat.az