Xarici siyasət

Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana gəlir

Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana gəlir

"İyulun 25-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Azərbaycana səfər edəcək".

Demokrat.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, nümayəndə heyətinin üzvlərinin Bakıda rəsmi şəxslərlə görüşü nəzərdə tutulur: "İyulun 28-də isə Gəncə şəhərində birgə konfrans keçiriləcək. Konfransda Şuşa Bəyannaməsindən irəli gələn məsələlər müzakirə olunacaq".(report.az)

D
demokrat.az