Hadisə

Şabranda küçədən kişi meyiti tapıldı

Şabranda küçədən kişi meyiti tapıldı

Şabranda 39 yaşlı kişi meyiti tapılıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, Şabran şəhər sakini 1982-ci il təvəllüdlü Şahin Abdullayev küçədə ölü vəziyyətdə tapılıb.

Hadisə yerinə, həkim briqadası, hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçiriblər.

Qeyd edək ki, Ş. Abdullayevin həyat yoldaşının da bir neçə ay əvvəl xərçəngdən vəfat etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az