Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir. Demokrat.azxəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidməti məlumat yayıb. Bildirilib ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək. Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində 4 avtobus xidmət göstərəcək. Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər. Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.
Naxçıvan-Bakı-Naxçıvan avtobusları işə başlayır
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


