Sosial

Toy və şənliklərin keçirilməsilə bağlı yeni sənəd təsdiqlənəcək

Toy və şənliklərin keçirilməsilə bağlı yeni sənəd təsdiqlənəcək

“Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər” təsdiqlənəcək.

Demokrat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanın baş dövlət sanitariya həkiminə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq “Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər”i təsdiq edilməsi tapşırığı verilib.

Şənlik mərasimləri keçirilən obyektlərin fəaliyyəti təsdiq ediləcək metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunacaq.

Demokrat.az

D
demokrat.az