Daxili siyasət

Vasif Talıbov naziri vəzifəsindən azad etdi

Vasif Talıbov naziri vəzifəsindən azad etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 13-də “Azad Cabbarovun Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilməsi haqqında” Fərman imzalayıb.

Demokrat.az-ın məlumatına görə, fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azad Vaqif oğlu Cabbarov Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilsin”.

D
demokrat.az