Hadisə

Dənizdə boğulan iki nəfərin meyiti tapıldı

Dənizdə boğulan iki nəfərin meyiti tapıldı

Dünən Xəzər dənizində boğulan iki nəfərin meyiti tapılıb.

Demokrat.az xəbər verir ki, hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazisində baş verib.

Sabunçu Ramana qəsəbə sakinləri - 2003-cü il təvəllüdlü Abdullayev Rəvan Şahniyaz oğlu və 2002-ci il təvəllüdlü Bayramov Məhərrəm Oruc oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən dənizdən çıxarılıb.

Onların meyiti aidiyyəti üzrə təhvil verilib.(oxu.az)

D
demokrat.az