Sosial

Füzulidə şəhid ailələrinə orden və medallar təqdim edildi — FOTOLAR

Füzulidə şəhid ailələrinə orden və medallar təqdim edildi — FOTOLAR

Füzuli rayon İcra Hakimiyyətində şəhid ailələrinə orden və medallar təqdim edilib. İyulun 7-də Füzuli rayon İcra Hakimiyyətində şəhid ailələrinə orden və medalların təqdimetmə tədbiri keçirilib. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, SHXÇDX-nin Füzuli rayon şöbəsinin rəisi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və KİV nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycanın ərəzi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən RİH başçısı Alı Alıyev, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu 44 gün davam edən Vətən müharibəsində qələbə qazanaraq, işğal altında olan torpaqlarımızı düşməndən azad etdiyini bildirmişdir.

Qeyd edilmişdir ki, şəhid və qazi ailələrinə dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərilir.

Bundan sonra şəhid ailələrinə medal və ordenlər təqdim olunub. Belə ki, kiçik miçman Zalov Fəqan Amil oğlunun “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra), miçman Məmmədov Vüsal Qüdrət oğlunun “Qarabağ Ordeni” (ölümündən sonra) ailələrinə təhvil verilib.

Füzulidə şəhid ailələrinə orden və medallar təqdim edildi — FOTOLAR
Füzulidə şəhid ailələrinə orden və medallar təqdim edildi — FOTOLAR
Füzulidə şəhid ailələrinə orden və medallar təqdim edildi — FOTOLAR

Demokrat.az

D
demokrat.az