Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" daha bir yoxlama matçına çıxıb.
Demokrat.az-ın məlumatına görə, rəqib Rusiyanın Tula şəhərini təmsil edən "Arsenal" olub.
Qarşılaşma "Qarabağ"ın minimal hesablı məğlubiyyəti ilə başa çatıb. Rəqibin heyətində yeganə qolu 20-ci dəqiqədə Yevgeni Markov vurub.
"Qarabağ" ilk yoxlama oyununda Bolqarıstanın MOİK klubu üzərində qələbə qazanıb (1:0). Demokrat.az


