İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən bir dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Demokrat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
Hazırda iş üzrə istintaq davam edir.
Demokrat.az


