Hadisə

Tanınmış iş adamı Azərbaycandakı biznesini Türkiyəyə köçürür - Özündən AÇIQLAMA

Tanınmış iş adamı Azərbaycandakı biznesini Türkiyəyə köçürür - Özündən AÇIQLAMA

"Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Azərbaycandakı biznesini Türkiyəyə köçürür.

Demokrat.Az-ın əldə etdiyi məlumata görə, iş adamı Bakıda və digər bölgələrdə olan əmlakının bir qismini satışa çıxarıb.

Həmçinin, iş adamının vaxtilə Bakıda ələ keçirdiyi torpaq sahələri və obyektləri də əlindən çıxıb.

İsfəndiyar Axundov əlində qalan digər biznes obyektlərini isə Türkiyəyə köçürür.

Məsələ ilə bağlı iş adamının fikirlərini öyrəndik.

İsfəndiyar Axundov Demokrat.Az-a açıqlamasında faktın doğruluğunu dolayısıyla təsdiq edib:

"Azərbaycanda heç bir biznes planlarım yoxdur. Hazırda burada işləmirəm, heç bir planım da yoxdur. Daha burada biznesi genişləndirməyi düşünmürəm. Hazırda Türkiyədə ciddi işlər görürük".

Demokrat.Az

D
demokrat.az