İdman

"Atletiko" Simeone ilə müqaviləni uzatdı

Atletiko Simeone ilə müqaviləni uzatdı

İspaniya La Liqasının son çempionu "Atletiko" baş məşqçisi Dieqo Simeone ilə müqaviləni uzadıb.

Demokrat.az-ın xəbərinə görə, klubun rəsmi saytında bildirilir ki, argentinalı mütəxəssislə yeni anlaşma 2024-cü ilin yayınadək nəzərdə tutulub. Müqavilənin uzadılması məşqçilər korpusuna da şamil edilib.

Çalışdırıcı, Madrid klubunu 2011-ci ildən çalışdırır. Simeone məşqçi kimi 10 il ərzində iki dəfə İspaniya çempionu, iki dəfə Avropa Liqasının və bir o qədər UEFA Super Kubokunun qalibi olub. Həmçinin, bir dəfə İspaniya Kuboku və İspaniya Super Kubokuna sahib çıxıb. Komandasını iki dəfə Çempionlar Liqasının finalına yüksəldib.

Zaur Demokrat.az

D
demokrat.az