İyulun 7-də ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 7 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.
MTRŞ-dan Demokrat.az-a bildirilib ki, müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib.
"APA Mark" MMC; "Təhsil TV" MMC; "Balans Studiyası" MMC; "İNS ÇM" MMC; "İsti Press" MMC "Medical Media" MMC
"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir. Demokrat.az


