Futbol üzrə Amerika Kubokunda yarımfinalçıların adına aydınlıq gətirilib.
Demokrat.az xəbər verir ki, həlledici görüşə vəsiqə qazanmaq üçün Braziliya Peru ilə, Argentina Kolumbiya ilə qarşılaşacaq.
1/4 finalda Kolumbiya Uruqvayı əsas və əlavə vaxtı qolsuz bitən matçda penaltilərlə üstələyib - 4:2. Argentina Ekvadora 3:0 hesabı ilə qalib gələrək, ən yaxşı 4 komanda sırasına düşüb.
Daha öncə Braziliya Çilini 1:0, Peru isə Paraqvayı əsas vaxtı 3:3 hesabı ilə yekunlaşmış qarşılaşmada penaltilərlə məğlub edib (4:3).
Qeyd edək ki, yarımfinal oyunları 6-7 iyulda keçiriləcək.


