Hadisə

Erməni hərbçiləri Bakıdan Yerevana uçdu — ADLAR

Erməni hərbçiləri Bakıdan Yerevana uçdu — ADLAR

Xəbər verdiyimiz kimi, Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

Demokrat.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ötən il noyabrın sonunda Azərbaycan ərazisində saxlanılmış 15 erməni hərbçinin adları məlum olub:

1. Akopyan Volodya Qagikoviç

2. Asatryan Gevorq Norayroviç

3. Qasparyan Qor Vaqramoviç

4. Yenqoyan Sisak Qrişayeviç

5. Karapetyan Yuri Tiqranoviç

6. Maxtesyan Edqar Vaçaqanoviç

7. Minasyan Aram Qarnikoviç

8. Minasyan Mkrtıç Simonoviç

9. Petrosyan Albert Kamoyeviç

10. Poqosyan Armen Yeqizaroviç

11. Sedrakyan Romik Misakoviç

12. Sefilyan Kamo Karenoviç

13. Aslanyan Egişe Ohannesoviç

14. Gevorkyan Robert Ovikoviç

15. Manukyan Andranik Tiqranoviç

Ermənilər Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov müşayiətilə Bakıdan Yerevana uçub.

Xatırladaq ki, bundan əvvəl, iyunun 12-də daha 15 erməni hərbçi Ermənistana göndərilib. O zaman Ermənistan Ağdamın mina xəritələrini Azərbaycan tərəfinə təqdim etmişdi.

Demokrat.az

D
demokrat.az